Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

dəstərxan fars

Süfrə. (“Koroğlu” dastanının lüğəti)

Bəzi Şərq ölkələrində masaya və yemək prosesinə də dəstərxan deyirlər. 

Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi, dəstərxanına bir-iki çörək qoyub belinə bağladı, düşdü yolun ağına. (“Həmzənin Qıratı aparmağı”)

*

Dan yeri ağaranda ayağa durdu, dəstərxanını belinə bağladı, sazını çiyninə saldı, əlinə də bir ağac alıb yola düşdü. (“Koroğlunun Ərzurum səfəri”)

Azərbaycan dastanlarının leksikası