lat. tussilago
Mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik ot cinsi.
Gövdəsinin hündürlüyü 5-25 sm olub, üzəri qırmızımtıl və qonurumtul pulcuğabənzər sıx yarpaqlarla örtülmüşdür. Yarpağı keçə kimi tüklüdür. Çiçəkləri qızılı-sarıdır. Adi D. adlı 1 növü var. Yarpaqlarında selikli maddələr, tusilyagin qlükozidi və inulin olur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti