Aşıqlar arasında deyişmənin ilk mərhələsi.
Bu mərhələdə deyişən aşıqlar bir-birinin poetik istedadını, hazırcavablığını sınaqdan keçirirlər. D. zamanı söylənilən bəndlərdə aşıqlar bir-birini salamlayır, deyişmənin mövzusunu müəyyən edirlər:
Məndən salam olsun duran Çobana,
Gəl ikimiz bu cahandan danışaq. (Aşıq Hüseyn)
Və ya özlərini tərif edirlər:
Qırxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm... (Aşıq Hüseyn)
Sonradan D. hərbə-zorba, qıfılbənd mərhələlərinə keçib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti