Sığınan, himayə axtaran, kömək istəyən. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəy əsir düşmüş atlıları ilə birlikdə bir müddət Çəmlibeldə qaldı. O, bir gün Nəzər Cəlaliyə dəxil düşüb dedi:
– Səni Allaha and verirəm, Koroğluya de, məni buraxsın. (Paris nüsxəsi, 10-cu məclis)
*
Yavaşca əlini sinəsinə qoyub işarə vurdu ki, Həmzə bəy sənə dəxil düşmüşəm. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikası