Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dəyişkən fabula

Eyni hadisənin müxtəlif təhkiyə ilə paralel verilməsi.

Fabulanın dəyişkənliyi M.Paviçin “Xəzər lüğəti” (1983) romanında müşahidə olunur. Bu lüğət-roman döyüş ruhlu köçəri tayfanın tarixinə həsr olunmuşdur. Lüğət-roman üç kitabdan ibarətdir: “Qırmızı kitab” (xristian mənbələri Xəzər məsələsi haqqında), “Yaşıl kitab” (islam mənbələri Xəzər məsələsi haqqında), “Sarı kitab” (yəhudi mənbələri Xəzər məsələsi haqqında) – hər biri, öz növbəsində, istənilən hər hansı bir sorğu kitabı kimi lüğət məqalələrindən tərtib edilib. Eyni hadisələr müxtəlif variantlarda təhkiyə olunmuşdur. Azərbaycan yazıçısı Nərmin Kamalın “Aç, mənəm”, Əli Əkbərin “Amneziya” əsəri fabulanın dəyişkənliyi ilə seçilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti