Zəhərli şirəyə malik boyu 45 sm-ə qədər olan dekorativ otaq bitkisi.
D.K. mühüm ekoloji xüsusiyyətə malikdir: havanı benzol, ksilol və digər zərərli maddələrdən təmizləyir. Kol bitkisidir; yarpaqları sarı-yaşıl nöqtələr və nisbətən açıq qırmızı rəngli xətlərə malikdir. D.K. uşaqlar üçün təhlükəlidir; həmçinin böyüklərdə də bədəndə allergiya yarada və ya göz yaşarması və qızarmasına səbəb ola bilər. Quru hava şəraiti bitkiyə pis təsir edir. Yarpaqları pivə (alkoqolsuz) ilə sildikdən sonra onlar parlaq və möhtəşəm görünürlər.
Biologiya terminlərinin izahlı lüğəti