Kökü azərbaycancadır, -avər isə farsca avərdən (gətirmək) məsdərinin əsasıdır. Hərfi mənası dili gətirən (yaxşı danışıq qabiliyyəti olan), məcazi mənası isə “ağıllı” deməkdir. Əsasən, dilli-dilavər şəklində işlədilir. İkinci dilavər sözü də var, farscadır, əsli dilavərd kimidir (yaddaşt sözündəki t səsi kimi, dilavərd kəlməsindəki d səsi də ixtisara düşüb), “qoçaq, igid, ürəkli” deməkdir. Buradakı dil “ürək” mənasındadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti