Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dincə qoyulmuş torpaq

Bərpası və münbitləşməsi üçün uzun müddət becərilməyən şumlanmış əkin sahəsi.

Dincə qoyulduğu ilk 2-3 ildə belə torpaqlarda birillik otlar, 5-7 ildə kökümsovlu bitkilər bitir, sonra isə sahənin bitki örtüyü təbii çəmən və ya çöl örtüyünə uyğunlaşır. Dincə qoyulma dövründə torpaqda üzvi maddələrin miqdarı artır, strukturu yaxşılaşır, sonradan həmin sahədən bol məhsul götürülür.

Coğrafiya terminləri lüğəti