Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

diploid

yun. “diploos” – ikiqat + “eidos” – hal

İki homoloji xromosom yığımı olan hüceyrə.

Bədən hüceyrələri ikiqat xromosom yığımına malik olan orqanizmlər. Hüceyrənin 2n ilə işarə edilən D. xromosom yığımı, haploid (n) yığımda olan xromosomların homoloji cütlər əmələ gətirməsi ilə yaranır. Məs.: insan hüceyrəsində 46 xromosom olur (n=23; 2n=46). Cinsi hüceyrələrin (qametlərin) əmələ gəlməsini təmin edən meyoz bölünmə zamanı hüceyrənin D. xromosom sayı qametdə haploid yığıma keçir. Qametlər birləşdikdə (ziqotada) yenidən D. xromosom sayı bərpa olunur.

Biologiya terminlərinin izahlı lüğəti