Reklam
Reklam

Məsəllər, deyimlər

DİVARA DIRMAŞMAQ

►Əsəbdən və ya ağrıdan başını itirmək, əzab çəkmək, özünü idarə edə bilməmək.

İfadə qədimlərdə mühasirəyə alınmış şəhərlərin qala divarlarını aşmaq cəhdi ilə bağlı meydana çıxmışdır.

Adətən, qədim şəhərlər müdafiə məqsədilə hündür taxta və ya daş divarlarla əhatə olunurdu. Bu divarlara hücum etmək təhlükəli və çətin idi, çünki hücumçuları yuxarıdan oxla vurur, üstlərinə qaynar qatran və su tökür, iri daşlar atırdılar.

Buna görə də çox böyük təhlükəyə atılmağı ifadə edən «divara dırmaşmaq» frazeoloji birləşməsi təhlükə və cəsarətin son həddini bildirirdi.

Dilimizdə qədim şəhər divarları ilə əlaqədar olan digər ifadələr də vardır; məsələn, «Daş divar arxasında yaşamaq» kimi deyimlər ilkin mənasını saxlayır və özünü təhlükəsizlikdə hiss etməyi bildirir.

Məsəllər, deyimlər