Bakı, Lənkəran
1. Gəminin lövbərini çəkən çarx (Lənkəran). □ Dolamaçarxı işdət, lö:bəriyığağ gedəy də.
2. Quyudan dol ilə su çəkmək üçün istifadə olunan qurğu (Bakı). □ Bizim binə quyuları çox dərin olur, ona görə dolamaçarxnan suvi çekirük, yoxsa bağara can rahati şeydü ki.
Azərbaycan dilinin dialektoloji lüğəti