Reklam
Reklam

Məsəllər, deyimlər

DOQQUZLUQ GƏLMƏK

►Kimisə aldatmaq, yalan danışmaq, kələk gəlmək, hiylə işlətmək.

İfadə «doqquzlama» adlanan qәdim türk adәtindən yaranıb formalaşmışdır.

Qәdimlәrdә 9 әn uğurlu, xeyirli rәqәm hesab olunurdu. Odur ki mәşhur «doqquzlama» adәti geniş yayılmışdı. Həmin adətə görə, 9 müqәddәs rәqәm olduğundan hәr hansı hәdiyyәnin 9 ədəd (9 әşya) olması zәruri hesab edilirdi.

İndi dә bәzi türk xalqlarında (özbәk, türkmən) hesablama işi (xüsusilә qadınların dilindә) doqquz-doqquz prinsipi üzrә aparılır; mәsәlәn, «iki doqquz (yәni on sәkkiz) çörәk», «üç doqquz (yәni iyirmi yeddi) fәtir» vә s. Habelə dilimizdә «hәftә sәkkiz, mәn doqquz», «adı çıxdı doqquza, enmәz daha sәkkizә», «Allah doqquzunda verdiyini səkkizində almaz» kimi ifadәlәr dә 9 rәqәminin müqəddəsliyi ilә izah oluna bilәr.

XV әsrdә Azәrbaycana gәlmiş İtaliya diplomatı Katerino Zeno öz ölkәsinә Uzun Hәsәnin sarayından göndәrdiyi mәktubda yazmışdı: «İyulun 12-dә yazdığım kimi, bu şöhrәtli hökmdarın yanına Tatar xanının tәntәnәli sәfiri gәlmişdi. Hәdiyyә olaraq hökmdara doqquz qılınc, doqquz qәmә, yәhәr, fәnәr... vә xəz (dәlә, sincab, samur, tülkü... dәrisi) gәtirmişdilər».

Dilimizdə jarqon kimi qəbul edilən bu frazeoloji ifadənin bir sıra başqa variantları – «üçlük kәlmәk», «nömrә gәlmәk» və s. də vardır.

Məsəllər, deyimlər