Hüquqi şəxs statusu almaq istəyən qurumların hüquq qabiliyyətinin və statusunun dövlət tərəfindən müəyyənləşdirilərək təsdiq olunması, onlar barəsində məlumatların dövlət reyestrinə daxil edilməsi.
Azərbaycanda mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanından icazə tələb olunmur. Mətbu nəşr təsis etmək istəyən şəxs çapdan yeddi gün əvvəl icra hakimiyyəti orqanına rəsmi müraciət etməklə onu qeydiyyata aldırır. Lakin D.Q.-ndan keçməyən ictimai birliklər və siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə bilməz. Eyni zamanda hüquqi şəxs statusu almaq istəyən redaksiyalar, özəl yayımçılar nizamnamələrini D.Q.-ndan keçirməlidirlər.
Jurnalistika terminləri lüğəti