Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

dövlət tənzimləməsi

İctimai həyatın müx­təlif sahələrində, o cümlədən media sahəsində fəaliyyəti təşkil etmək və nizamlamaq üçün dövlət tərəfindən tətbiq olunan təsir mexanizmləri və üsullarının cə­mi.

Mediada D.T. müvafiq qanunvericilik bazasının yaradılması, məqsədli döv­lət proqramlarının hazırlanması və icrası, mü­əy­yən stimullaşdırıcı tədbirlərin (yar­dım­ların) təşkili və hüquqazidd hərə­kət­lərin qarşısının alınması yolu ilə həyata ke­çirilir. Xüsusi hallarda, məsələn, seçki kampa­ni­yaları zamanı KİV-in fəaliyyətini nizamlamaq üçün əlavə qaydalar, məcburi nor­­­ma­lar da tətbiq oluna bilər. Bəzi mü­hüm isti­qa­mətlərdə fəaliyyəti tənzim­ləmək məq­sə­dilə ayrıca dövlət orqanları təsis edilir. Milli Televiziya və Radio Şurası belə təsisatlara misaldır: o, yayım ka­nal­larını (tezlikləri) istifadəyə vermək, yayım zamanı qanunvericilik akt­larına, habelə xüsusi razılığın (lisenziyanın) qayda və şərt­lərinə əməl olunmasına nəzarəti həyata keçirmək və bu kimi funk­siyalar daşıyır.

Jurnalistika terminləri lüğəti