Dram növündə yazılmış əsərlərin məcmusu; dram yaradıcılığı.
Dünya ədəbiyyatında dramaturgiyanın ilk nümunələri antik dövrdə Sofokl, Evripid, Aristofan və b. tərəfindən yaradılıb. Azərbaycan dramaturgiyasının yaranması M.F.Axundzadənin adı ilə bağlıdır. Daha sonra N.Vəzirov, Ә.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyli, H.Cavid, C.Cabbarlı və b.-nın dramaturgiyamızda əvəzsiz xidmətləri olub. Dramaturgiya teatr sənətinin inkişafı üçün əsas material mənbəyidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti