►Yaxın olmaq, dost münasibəti saxlamaq, bir-birinə münasibətdə xoşniyyətli və sədaqətli olmaq.
İfadə xalq arasında duza və çörəyə müqəddəs nemət, sədaqət rəmzi kimi baxılması haqqında təsəvvürlərdən qaynaqlanır.
Çörək və duz bütün dünya xalqlarında, dini kitablarda ən vacib, qiymətli ərzaq hesab olunur. İnsan orqanizminə lazım olan bir çox kimyəvi elementlər bu qidanın tərkibinə daxildir. Bir vaxtlar çox çətin tapılan və buna görə də bahalı ərzaq növü sayılan duz olmadan heç bir yeməyi dadlı hazırlamaq mümkün deyil. Buna görə də «duz və çörək» sözləri çoxdan bəri, xüsusən Şərq xalqlarının danışıq dilində birlikdə deyilir. Bu yanaşma dilimizdəki «Duzsuz dadlı, çörəksiz isə doyumlu deyil» atalar sözündə də öz əksini tapır.
Əvvəllər «duz-çörək» ifadəsi sadəcə ərzağı, sonralar isə birgə yeyib-içməyi, nəhayət, dostluğu, yaxınlığı, xoş niyyəti ifadə edib. Hörmətli qonağı duz-çörəklə qarşılamaq ənənəsi hazırkı dövrə qədər gəlib çıxmışdır.
Dilimizdə geniş işlənən «çörək kəsmək», «birlikdə bir pud duz yemək» ifadələri də yaxınlığı, doğmalığı bildirir.
Məsəllər, deyimlər