1. Nəyinsə qismən dəyişilməsinə, ona əlavələr edilməsinə yönələn hərəkət, habelə bu hərəkətin nəticəsi.
2. Nəşrin tirajı yayılmazdan əvvəl mətndə son anda aşkar edilən yanlışlıqların aradan qaldırılması üçün görülən tədbir.
Bu məqsədlə mətnin səhv getmiş hissəsi (hissələri) düzgün variantda «D.» başlığı altında ayrıca vərəqədə çap olunur və nəşrə əlavə edilir, yaxud onun arasına qoyulur.
3. Kütləvi informasiya vasitəsində hər hansı yanlışlığa, yaxud təhrifə yol verildiyi aşkarlandıqda onun növbəti buraxılışında bu səhvin etiraf edilməsi və yanlışlığın aradan qaldırılması məqsədilə dərc olunan məlumat.
D. KİV-in öz təşəbbüsü, habelə yanlış məlumatın aid olduğu şəxsin, yaxud onun nümayəndəsinin tələbi ilə verilə bilər. Yanlış informasiyanın aid olduğu şəxsin (onun nümayəndəsinin) səhv məlumat yayılan gündən bir ay müddətində belə tələblə çıxış etməsi mümkündür. KİV həmin tələbi aldığı gündən sonrakı ən yaxın buraxılışında D.-lə çıxış etməli, yaxud 3 gün müddətində əsaslandırılmış rədd cavabı verməlidir. Rədd cavabı almış şəxsin məhkəməyə müraciət etmək hüququ var.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti