sanskr. dxvani – səs, əks-səda
Orta əsrlər hind poetikasında bədii ifadə vasitələrinin məcmusunu nəzərdə tutan təməl prinsiplərdən biri.
Bu prinsipə görə, əsərdə bədiiliyi formalaşdıran sözün birbaşa mənası ilə yaranan obraz deyil, bu obrazın təsəvvürdə yaratdığı assosiasiyalardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti