Öz yaradıcılıq üslubu ilə seçilən, sənət ənənələri yaradan və özündən sonra davam etdirilən ədəbi irs.
Bu baxımdan ədəbi məktəb bir sənətkara və bir çoxlarına aid ola bilir; məs.: Nizami, Füzuli, Sabir, Cavid, Vurğun, Puşkin, Höte, Lev Tolstoy ədəbi məktəbi və ya mollanəsrəddinçilərin mənsub olduğu realist ədəbi məktəb, yaxud füyuzatçıların mənsub olduğu romantik ədəbi məktəb və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti