Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əfəndi [əfəndi] isim yunan

1. Sünni ruhanilərinə verilən ləqəb. Əlac yoxdur əfəndidən, molladan; Həqiqətin binasını axtarın. (Molla Cümə).
2. Hörmət üçün oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz, hörmətlə müraciət. Nağıl demirəm, əfəndim, hekayə deyirəm. (N.Nərimanov).
3. Türk ziyalısına müraciət. İlk dəfə gördüyü əfəndinin .. danışıq ədası, yerişi, baxışı çox qəribə, qeyri-təbii və gülməli idi. (M.Hüseyn).

Azərbaycan dilinin izahlı lüğəti