Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

əfilər

lat. boidae

Sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid olan ilan fəsilələrindən biri.

Fəsilənin digər adı yatağanlar və ya yalançıayaq ilanlardır. Ə. fəsiləsinə 80 növ aiddir. Nəhəng nümayəndələrinə uzunluğu 10 metrdən artıq olan anakonda və pitonlar aiddir. Azərbaycanda Qərb yatağanı adlı 1 növü yaşayır. Onun uzunluğu 70-100 sm-ə qədər olur. Bir sıra elmi ədəbiyyatlarda Naxçıvan MR və Lerik rayonu ərazilərində çəkisi 20-25 kq-a çatan Ə.-in olması barədə məlumat verilir.

Biologiya terminlərinin izahlı lüğəti