Reklam
Reklam

Məsəllər, deyimlər

ƏGƏR DÜŞMƏN SƏNİ TƏRİFLƏYİRSƏ, FİKİRLƏŞ GÖR, NƏ SƏHVİN VAR

►Düşünülməmiş söz, düşmən xeyrinə atılan yanlış addım haqqında işlədilən ifadə.

İfadə alman sosial demokratiyasının və II İnternasionalın yaradıcılarından biri olmuş Avqust Bebelə (1840–1913) məxsusdur.

A.Bebel qatı sosialist və ateist olmasına baxmayaraq Şərq tarixini, islam dinini dəqiq araşdırmış müəlliflərdəndir. Tədqiqatçılar onun məlum deyiminin də Şərq müdrikliyindən qaynaqlandığını ehtimal edirlər.

İfadə Azərbaycan ədəbiyyatı və publisistikasında tez-tez belə işlənir: «Əgər düşmənin səni tərifləyirsə, deməli, nəsə qaydasında deyil» və ya «Əgər düşmənin səni tərifləyirsə, deməli, öz dostlarına qarşı yaxşı iş görməmisən».

Ümumiyyətlə, düşmən və ya dostla bağlı deyimlər Azərbaycan ədəbiyyatında da geniş istifadə olunur; məsələn: «Sirrini vermə dostuna, dostunun da dostu var» və ya «Dost bir gün düşmən ola bilər», yaxud «Düşmənimin düşməni mənim dostumdur» kimi ifadələr həmin münasibətlərə aiddir.

Məsəllər, deyimlər