Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

əhliləşdirmə

Təbiətdə olan təsərrüfat əhəmiyyətli vəhşi heyvanların növlərinin insanlar tərəfindən ələ öyrədilməsi və onların ev heyvanlarına çevrilməsi.

Ə.-nin sonrakı mərhələsində süni seçmə və seleksiya dayanır. Bitkilər aləmində yabanı bitki növləri arasında oxşar prosesin aparılması mədəniləşdirmə adlanır. Ə. prosesi həmçinin domestikasiya adlanır.

Biologiya terminlərinin izahlı lüğəti