Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

əkizlər

İnsanda və məməli heyvanlarda bir dəfəyə doğulan balalardır.

Ə. eyni hamiləlik və ya boğazlıq dövrünün sonunda (embrional dövr) əmələ gəlirlər. Doğulan balalar Ə. dərəcəsinə görə 2 qrupa bölünür – eyni yumurta Ə.-i (bir-birinə lap çox oxşayırlar) və müxtəlif yumurta Ə.-i. (bir-birinə oxşayırlar). Birincilərin əmələ gəlməsinin əsasında bir mayalanma prosesi ilə 2 cinsi hüceyrə, ikincilərdə isə doğulan Ə.-in sayı qədər mayalanma və mayalanma sayından 2 dəfə artıq cinsi hüceyrə iştirak edir. Eyni yumurta Ə.-i yalnız eyni cinsdən (yalnız oğlan və ya yalnız qız), müxtəlif yumurta Ə.-i isə müxtəlif cinslərdən ola bilər.

Biologiya terminlərinin izahlı lüğəti