1. Diplomatiya. Bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə; səfir.
2. Oğlan və ya onun adamları tərəfindən qız istəmək üçün qız evinə göndərilən şəxs. □ Elçi çox olar, qismət – bir. (Atalar sözü).
3. Müəyyən məqsədlə və ya rəsmi danışıqlar üçün bir yerə göndərilən şəxs; nümayəndə. □ Elçiyə zaval yoxdur. (Atalar sözü).
4. Ümumiyyətlə, nümayəndə mənasında. □ Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. (M.S.Ordubadi).
5. Məcazi mənada: müjdəçi, xəbər gətirən. □ İlk baharın uğurlu elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb yuvalarını tikəcək. (A.Şaiq).
Həmçinin bax: