Reklam
Reklam

Məsəllər, deyimlər

ELÇİYƏ ZAVAL YOXDUR

►Yəni: vasitəçilik edən adam sadəcə xəbər aparıb-gətirəndir, tərəf deyil, ona qarşı umu-küsü yersizdir, ona toxunmaq, onu cəzalandırmaq olmaz.

İfadә Şәrqdә çox qәdim tarixi olan bir adәtlә əlaqədardır.

Qalib hökmdarlar mәğlubları hәmişә öz əsarətindә saxlamaq üçün onların övladlarını vә ya yaxın adamlarını, bir növ, girov, zaval olaraq öz saraylarında saxlayır, orada yaşamağa mәcbur edirdilәr. Bu mәnada «zaval» sözü «girov» anlayışına uyğun gәlir. Zaval kimi sarayda saxlanan adamlar isә nә qədər olsa da, özlәrini azad, sәrbәst hesab edә bilmirdilər, yad mühitdә aciz, yazıq görkәm alırdılar, buradan da «zavallı» sözü meydana gәlmişdir.

Elçi sifәti ilә göndәrilәn şәxs isә zaval olaraq saxlanıla bilmәzdi. «Elçiyә zaval yoxdur» ifadәsi bu adətlә bağlıdır. Bununla әlaqәdar dilimizdә «zaval getmәk», «zaval aparmaq», «zavala gәlmәk» ifadәlәri yaranmışdır.

Tarixdәn mәlumdur ki, e.ə. 659-cu ildə Manna hökmdarı Ahşeri Assuriya ilә müharibәdə öldürülür. Onun oğlu Yalli isә qaliblәrlә sülh bağlayır vә zaval olaraq öz oğlunu vә qızını Aşşurbanipalın hüzuruna (sarayına) göndәrir.

İfadə bu gün də öz aktuallığını saxlayır və beynəlxalq hüquqda səfirlərin, «sülh elçiləri»nin, sülhməramlı qoşunların, xüsusi elçilərin, humanitar yardım aparanların toxunulmazlıq hüququ xüsusi maddə ilə təsbit olunur.

Məsəllər, deyimlər