►Boş yerə, heç nədən və ümidsiz olaraq gülümsəyən adamlar haqqında işlədilən ifadə.
İfadə Azərbaycan xalq nağıllarından qaynaqlanır.
Bir çox Azərbaycan və türk nağıllarında daim axtarılan göy muncuqdan söhbət gedir; məsələn, «Keçəlin nağılı»nda deyilir:
«Xan onu rədd eləmək üçün dedi:
– Keçəl gedib dağlardan mənə göy muncuq tapıb gətirsin, qızımı ona verim.
Keçəl çox gəzdi, çox dolandı, axırda göy muncuğu tapıb evlərinə gətirdi və anasına verib dedi:
– Nənə, göy muncuğu apar, xana ver, qızını mənə al».
Göründüyü kimi, istər folklorda, istərsə də danışıqda daim göy (mavi) muncuğun tapılmasının bir fərasət, bəxt açılmasına işarə olduğu göstərilir. Həmin muncuğa xain gözlə baxmaq olmaz, odur ki bir atalar sözündə belə deyilir: «Qonşu muncuğunu götürən gərək gorda taxsın».
Məsəllər, deyimlər