Reklam
Reklam

Məsəllər, deyimlər

ƏLƏDDİNİN SEHRLİ ÇIRAĞI

►Müәyyәn mәqsәdә çatmaq vasitәsi, əziyyət çəkmədən niyyəti reallaşdırmağa kömək edən asan, yüngül yol, üsul haqqında işlədilən ifadə.

İfadә «Min bir gecә» nağıllarında bәhs olunan «Әlәddinin sehrli çırağı» adlı mәşhur әhvalatla әlaqәdar yaranmış vә mәcazi mәna kәsb edәrәk yayılmışdır.

Nağılda göstәrilir ki, Әlәddin sehrli bir çıraq tapır vә onun vasitәsilә bütün arzularına çatmaq imkanı әldә edir. Bu gün də bədii əsərlərdə və mətbuatdakı yazılarda təxminən belə ifadələrə rast gəlirik: «İndi zaman sәninçün «Min bir gecә» nağılları deyil ki, bir çıraqla yeni dünya qurasan».

Qeyd edək ki, ifadə insanlarda müəyyən qədər illüziyalar yaradır, xəyallarını qanadlandırır və onların real düşünmək, problemdən çıxış yolu tapmaq hissini korşaldır.

Məsəllər, deyimlər