Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

elektron kitabxana

Elektron materiallar, mətnlər və nəşrlərin toplanaraq saxlandığı informasiya resursu; virtual kitabxana. E.K. ödənişlı və ya ödənişsiz əsaslarla fəaliyyət göstərir, qapalı və ya açıq olur.

Qapalı E.K.-lara yalnız müəyyən təşkilatın üzvləri (məs.: universitet tələbələri, akademiya əməkdaşları), yaxud haqqı ödənilmək şərti ilə abunəçilər daxil ola bilərlər. Abunə ya­zılmadan istifadə üçün açıq pulsuz E.K.-lar da çoxdur, orada, əsasən, klassik əsərlər, elmi-populyar ədəbiyyat və s. saxlanılır.

Jurnalistika terminləri lüğəti