Məzmunu yalnız elektron formatda və elektron daşıyıcılarda mövcud olan kütləvi informasiya vasitələri.
İlk E.KİV – radio, ənənəvi hesab olunan digər E.KİV isə televiziyadır. XX əsrin sonlarından etibarən bu anlayışın sərhədləri genişlənməyə, internet (informasiya portalları, saytlar və s.) də E.KİV-ə aid edilməyə başladı. Onların çap KİV-dən əsas üstünlüyü auditoriya ilə daha operativ əlaqə yarada bilmək, istehlakçıların bir neçə qavrayış orqanına eyni zamanda təsir göstərmək bacarığında, interaktivliyindədir. Kanadalı media mütəxəssisi Marşall Mak-Luen E.KİV-i insanların görmə və eşitmə orqanlarının «davamı» adlandırır. İnformasiyanın auditoriyaya çatdırılma formaları arasındakı fərqə baxmayaraq, E.KİV-in əsas fəaliyyət prinsipləri çap KİV-in fəaliyyət prinsipləri ilə üst-üstə düşür, jurnalistikada bütün peşə davranışı normaları onlara eyni dərəcədə şamil edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti