Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

ələm1 ərəb

Dərd, qəm, kədər, qüssə. (“Koroğlu” dastanının lüğəti)

Bir ah çəkdim ərşi-zəminə düşdü,

Ələm oxu bir-birinə ötüşdü,

Namə gəlib Çənlibeldə yetişdi,

Mən bir yarın iqrarına gəlmişəm.

                                              (“El şairləri”)

ələm2 ərəb

Bayraq. (“Koroğlu” dastanının lüğəti)

Sərdar ölsə, ələm yatar,

Müxənnət məqsədə çatar,

Çənlibelim yasa batar,

Gəlmədi, Eyvaz gəlmədi.

                           (“Koroğlunun Bayazid səfəri”)

Azərbaycan dastanlarının leksikası