1. Məcazi mənada: düz, şax, şaquli mənasında. □ Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. (M.V.Vidadi).
2. Ərəb əlifbasının “ا” şəklində yazılan birinci hərfinin adı. □ Mirzə Həsən: – Necə ki Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi "a" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik. (C.Məmmədquluzadə).
Yağlı boya hazırlamaq üçün bişmiş kətan, ya çətənə yağı, yaxud süni surətdə hazırlanmış yağ. □ Əlif yağı.
Həmçinin bax: