1. Ərəb əlifbasının ilk hərfinin adı, əbcəd hesabında 1 rəqəmini ifadə edir; Allahın adlarından biri.
2. Düz, şax, qamətli.
Əlif Allahın adıdı,
Bey peyğəmbər bilirəm.
Tey tabarək qəni Allah,
Ona səcdə qılıram.
Xilqətim Adəm atadı,
Söylə ki, yeksanə gəl.
(“Aşıq Alı və Əsmər xanım”)
*
Əlif qəddim beydi, mimdi,
Sinəmə yeriyən simdi,
Haralısan, atan kimdi?
Oyan, ay qız, sən mənimsən.
(“Şahzadə Bəhrəm”)
*
Altı qızın biri Xədcə,
Qəddi əlif, beli incə,
Gözəl görməmişəm səncə,
Altı qızlar, altı qızlar!
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası