Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİZADƏ ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli adı və fars. zada sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Dünyanın bir çox xalqlarının dillərində olduğu kimi, dilimizdə də soyadların sonradan şəxs adı kimi işlənməsinə rast gəlinir. Əlizadə (bax: ad – ƏLİ; ZADƏ) kişi adı Əli nəslinə mənsub, Əlinin oğlu mənasını ifadə edir. Azərbaycan antroponimikasında soyadlardan yaranmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti