Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

əlləmə1

Çənbərək, Əzizbeyov, Goranboy, Yardımlı, Göyçay, Kəlbəcər, Qarakilsə, Qazax, Laçın, Mingəçevir, Ordubad, Şuşa, Tovuz

İri daş parçası.  Ə:, bu əlləmeyi götürüf başına vurram, çox danışma (Qazax); Sıvaz əlləmeyi elə atdı kın, dananın aynasın xışdadı (Çənbərək); Başıda əlləmə düşsün, ay Yasər (Kəlbəcər).

əlləmə2

Xocavənd, Şuşa

Bacarıqlı, zirək.  Eləsi var əlləmə oluf düzəldir (Xocavənd); Ə:, o, əlləmədi, nə desən eliyər (Şuşa).

əlləmə3

Zəngibasar

Nadinc.

Azərbaycan dilinin dialektoloji lüğəti