►Boş-bikar, işsiz dayanmaq, özünü işə verməmək, işə həvəssiz yanaşmaq.
İfadənin uzunqol geyimlə bağlı olduğu ehtimal edilir.
Bəzi ehtimallara görə, ifadə XVII əsr rus boyarlarının üst geyimi ilə bağlıdır. Bu geyim yarığı olan uzun, sallanan qollu idi və onun sahibinin fiziki əməyə həvəssiz olduğunu göstərirdi, çünki bu cür uzunqollu geyimlə işləmək narahatlıq yaradardı. Sadə adamlar isə əksinə, işləyən vaxtda qolçaqlarını qatlayırdılar.
İfadə bəzən «əl-qolunu sallamaq» şəklində də işlənir. Belə ehtimal edilir ki, bu deyim «qol» sözündən yaranmış «qolçaq» anlayışı ilə bağlıdır. Bizə tanış olan «qolçaqları açmaq», «qolçaqları çırmalamaq», «qolçaqları sallanmaq» və s. ifadələr uzunqol köynək geyinmək adətindən sonra işlədilməyə başlanmışdır. Qədimdə bir çox xalqlarda köynəyin qollarının uzunluğu kişilərdə 95, qadınlarda isə 130–140 sm-ə kimi olurdu. Təbii ki, belə geyimdə işləmək çətin idi və narahatlıq yaradırdı. İş yaxşı alınsın deyə qolçaqları çırmalamaq, yəni yuxarı qatlamaq lazım idi. Belə vəziyyətdə qolun və qolçağın vəziyyəti müəyyən mənada insanın işə münasibətini əks etdirirdi.
Buna görə də işini ləng, könülsüz, tənbəl kimi yerinə yetirənlər haqqında «qolçaqlarını sallayıb işləyir» deyirdilər. Cəld, fərasətli işçi haqqında isə «o, qollarını çırmalayıb işləyir» ifadəsi mövcud idi.
Məsəllər, deyimlər