mürəkkəb adların komponentləri kimi işlənən el və man sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elman (bax: EL; MAN) kişi adı elin adamı, el üçün doğulmuş adamdır.
XX əsrin sonlarına qədər məişətimizdə geniş yayılmış kişi adlarından olan Elman sonradan müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) Elman Hüseynov 1952-1993) I Qarabağ müharibəsində işğalçı düşmənə qarşı döyüşlərdə dəfələrlə yaralansa da, səngərdən ayrılmamış, Vəng kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti