Elmi əsərin məzmunundakı faktoloji səhvlərin və terminologiyada buraxılmış xətaların aradan qaldırılması.
Dərsliklərin, monoqrafiyaların və digər elmi kitabların nəşrə hazırlanması zamanı vacib redaktə mərhələsidir. Elmi redaktor, adətən, müvafiq sahə üzrə yüksək səviyyəli, təcrübəli mütəxəssislər arasından seçilir. Yalnız elmi əsərlər deyil, bəzən elmi fantastika janrında və ya tarixi mövzuda yazılmış bədii əsərlər də elmi baxımdan redaktə olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti