Elmir kişi adı haqqında müxtəlif fikirlər mövcuddur. Azərbaycan antroponimikasına XX əsrin 40-cı illərindən daxil olmuş Elmir XX əsrdə məişətimizdə geniş yayılmış kişi adlarından olmuşdur. Mənbələrdə Elmir kişi adının türk-slavyan mənşəli olması (el/il sözü ilə mir – dünya sözünün birləşməsi kimi), həmçinin türk-fars mənşəli (el/il sözü ilə əmir sözünün birləşməsi kimi) olub, elin əmiri, elin başçısı, elin rəhbəri mənalarını ifadə etməsi barədə məlumatlar da mövcuddur. Elmir kişi adının türk-fars mənşəli olması daha inandırıcıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti