Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELNUR azərb.

mürəkkəb adların tərkibində işlənən el və ərəb. nur sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elnur (bax: EL; NUR) kişi adı elin nuru, elin işığı mənalarını ifadə edir.

XX əsrin 70-ci illərindən bu günə qədər məişətimizdə geniş yayılmış kişi adlarındandır. Ümumiyyətlə, bu gün övladlara tərkibində el, ay, nur komponentlərinin işləndiyi mürəkkəb adların daha çox qoyulduğu müşahidə edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti