Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELVAR azərb.

mürəkkəb adların tərkibində işlənən el var (var olmaq) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elvar (bax: EL) kişi adı elin var olması, elin məskən salması anlamlarını ifadə edir. Bu cəhəti nəzərə alıb Elvar kişi adının elin, camaatın məskən salması, bir yerdə məsunlaşması ilə əlaqədar olması qənaətinə gəlmək olar.

Mənbələrdə Elvar oronimi ilə də əlaqələndirilir. Məlum olduğu kimi, Azərbaycanın Göygöl bölgəsində Elvar dağı vardır. Toponimlərlə bağlı izahlı lüğətlərdə də əvvəllər yaylaq yeri olmuş Elvar toponiminin el-obanın məskəni, elin cəm olduğu yer mənasında olduğu ilə əlaqədar fikirlərə rast gəlinir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti