Əman adı və ərəb. Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Əmənullah (bax: ad – ƏMƏN; ÜLLAH) olan kişi adı Allahın qoruduğu, Allahın himayəsində olan anlamını ifadə edir. Adın təhrif olunmuş forması Əmənulla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə Əmənullah adı yalnız Əmənulla şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti