emil sözü dilimizə tərcümədə çalışqan, qeyrətli, həmçinin qətiyyətli mənalarındadır.
Emil (Emile) şəxs adı (əslində Aemilius) Roma tayfasının adındandır. Dünyanın bir çox xalqlarının şəxs adları siyahılarında Emil adına rast gəlinir. Rus dilində Yemilian, Yemelyan, ingilis dilində Emil, fransız dilində Emilien, Emiliano, ispan dilində Emilio, portuqal dilində Emiliani, rumın, macar, polyak dillərində Emilian, bolqar dilində Emiliyan və s. Emil dilimizə rus dili vasitəsilə keçmiş kişi adlarındandır. Azərbaycanda 1940-cı illərə qədər Emil adına rast gəlinməsə də, müəyyən tarixi kitabların, filmlərin, dram əsərlərinin təsiri ilə Emil şəxs adı 50-ci illərdən sonra məişətimizə daxil olmuşdur. Emil bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti