yun. epigraphe – yazı
Əsərin və ya onun hissələrinin əvvəlində başlıqdan sonra yazılan, adətən, aforistik xarakter daşıyan cümlə(lər).
E. müəllifin özünə və ya digər söz ustalarına aid ola bilər. E. ifadə etdiyi məna baxımından oxucunun diqqətini əvvəlcədən əsərin ümumi məzmun və ideyasına yönəldir. Mir Cəlalın “Bir gəncin manifesti” romanında ayrı-ayrı hissələrdə müxtəlif sənətkarlardan E.-lar verilib; məs.: “Təhqir” adlı I hissədə: Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir (L.Tolstoy). E. ithaf şəklində də ola bilər. Məsələn, Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlayır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti