Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əqrəb1 [əqrəp] isim ərəb

1. Quyruğunun ucunda zəhərli iynəsi olan onurğasız həşərat. Əqrəb zəhərli olur. Əqrəbin xasiyyəti sancmaqdır. (Atalar sözü).
2. Qədim astronomiyada: on iki bürcdən birinin adı. Əqrəb bürcü.
3. Məcazi mənada: gizlindən pislik edən müzür adam haqqında. Basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz. (S.Vurğun).

əqrəb2 [əqrəp] isim ərəb

Saat, kompas və sairədə öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mil. Saat əqrəbi. Kompasın əqrəbi.

Azərbaycan dilinin izahlı lüğəti