Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ər [ər] isim

1. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc. Arvadı əri saxlar, pendiri dəri. (Atalar sözü). Ər od olar, arvad – su. (Atalar sözü). El atanı – ər atar, el tutanı – ər tutar (Atalar sözü).
2. Sifət kimi: sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Atalar sözü). Ər kişinin ər oğlu olar. (Atalar sözü).

Azərbaycan dilinin izahlı lüğəti