aristos sözündən olub, əla, yaxşı, çox yaxşı, lap yaxşı anlamlarını ifadə edir.
Məlum olduğu kimi, Qədim Yunanıstanın ən məşhur filosofları arasında özünəməxsus yeri olan Aristotelin (m.ə.384-322) ərəb dünyasındakı adıdır. Aristotel sonrakı əsrlərdə “antik dünyanın Hegeli” adını qazanmış, qədim dünyanın ən böyük filosofudur. Ərəb dilinin fonetik sisteminin qayda- qanunlarına əsasən, Aristotel yazıda Ərəstu kimi formalaşmışdır. Dilimizdə səsartımı hadisəsi nəticəsində bu gün ad Ərəstun formasındadır. Aristotel dövrünün məlum elmlərini sistemləşdirməyə müvəffəq olmuş alimdir. Fəlsəfə sahəsində xüsusi xidətləri olmuş, dialektik təfəkkürün bir sıra əsas formalarını araşdırmışdır. Bədii ədəbiyyatda Aristotel obrazına hələ XII əsrdə N.Gəncəvinin məşhur “İsgəndərnamə” əsərində İsgəndərin müəllimi kimi rast gəlinir. Azərbaycan antroponimikasında antik dövrün filosoflarından Platon, ərəb biçimində Əflatun (bax: ad – ƏFLATUN), Sokratın (bax: ad – SOKRAT) da adlarına rast gəlinir. Ərəstun adı məişətimizdə genişyayılmış kişi adlarındandır. Adın daşıyıcıları arasında I Qarabağ müharibəsində Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Ərəstun Məcidov (1957-1992) ali təhsilli mütəxəssis kimi Azərbaycan Hava Yollarında çalışırdı. Müharibə zamanı Ermənistanla həmsərhəd rayonlarda döyüş əməliyyatı keçirən heyətin tərkibinə daxil edilmişdi. 1992-ci il yanvarın 28-də Ağdam və Şuşa xətti ilə dinc əhalini daşıyan bort-mexanik olduğu vertolyot amansız düşmən tərəfindən raketlə vurulmuşdur. Əhali də, bütün heyət də həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti