Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

erotika

yun. eros – sevgi, ehtiras

Cinsi duyğular və onlara bağlı olan hislərin oyat­dığı şəhvani ehtiras, həyəcan.

Bu termin qədim yunan mifologiyasında eşq ilahı Erotun adından yaranıb. E. anlayışının konkret izahını vermək çətindir və belə bir izah qanunvericilikdə yoxdur. Buna görə də onun yozumu, pornoqrafiyadan fərqi bir çox hallarda, xüsusilə təsviri sənətdə, ədə­biyyatda, jurnalistikada mübahisələr doğu­rur. Dar mənada E. seksuallığın psixoloji aspektləri və onların ünsiyyətdə, davra­nış­da, dəbdə, incəsənətdə təzahürü kimi başa düşülür.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti