Göy, asiman.
Ərş-gürş kimi də işlənir.
Könlüm gəzir ərş üzünü, dərini,
Sevdim, seçdim alagözlü pərini.
Gəl eyləmə sən də məndən Şirini,
Padişah da ilqarından dönərmi?
(“Fərhad və Şirin”)
*
Ərşdə iki quş var, yerdən dən dələr,
Gah pünhan olar, gah olar aşkar.
(“Aşıq Alı və Əsmər xanım”)
*
Yeri, göyü, ərşi, gürşü yaradan,
Kərəm eylə, qoyma məni dəryada!
Qarlı dağlar gəldi keçdi aradan,
Kərəm eylə, qoyma məni dəryada!
(“Novruz”)
Azərbaycan dastanlarının leksikası