►Kobud, qanacaqsız, mәrifәtsiz adamlar haqqında işlәdilən ifadə.
İfadәnin yaranması Nuh peyğəmbərlə bağlı bir rәvayәtlә әlaqәdardır.
Nuhun bir qızına üç nәfәr elçi gəlmişdi. Nuh isә öz qızını bunların üçünә dә verәcəyini vәd etmişdi. Elә buna görә dә çıxılmaz vәziyyətə düşmüşdü. Bu zaman Cәbrayıl onun kömәyinә gəlmiş vә qızı tövlәyә salmağı mәslәhәt görmüşdü. Tövlədә Nuhun bir iti, bir eşşәyi var idi. Bir müddәtdәn sonra qapını açan Nuh tamamilә öz qızına oxşayan üç qız görür. Bilir ki, eşşәyi dә, iti dә qızının şәklinә düşmüşdür. Lakin öz qızını heç cür tanıya bilmir. Vəd etdiyi adamların hәrәsinә bu qızlardan birini verməli olur.
Bir vaxt keçәndәn sonra öz kürәkәnlәrinә baş çəkmәyi qәrara alır vә onların hәr birindәn hәyat yoldaşı haqqında fikrini söylәmәyi xahiş edir. Kürəkәnlәrdәn biri öz arvadının hәddindәn artıq çox danışan, davakar, acıdil, zәhlәtökәn (it kimi) olduğunu deyir. Digәri öz arvadının mәrifәtsiz, qanacaqsız (eşşәk kimi), әdәbsiz, sәliqәsiz olduğunu söylәyir. Üçüncüsü isә öz xanımının qanacaqlı, işgüzar, ədəbli, әsl xanım olduğunu bildirir. Belәliklә, Nuh әslәn eşşәk vә it olan qızları öz qızından fәrqlәndirә bilir.
Məsəllər, deyimlər